03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərəcək

02 noy 2024 08:00
GÜNDƏM
ads

ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvə göndərəcək.

QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Ostin Yaxın Şərqə destroyer, qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib.

Bildirilib ki, məqsəd Yaxın Şərqdəki ABŞ vətəndaşlarını qorumaq və İsrailin müdafiə qabilliyyətini artırmaqdır.

“Diplomatiya yolu ilə gərginliyi azaltmaq üzrə öhdəliklərimizə uyğun olaraq, müdafiə naziri əlavə raket əleyhinə müdafiə sistemləri ilə təchiz olunmuş destroyerlərin, qırıcı və tanker təyyarələrinin eskadrilyasının, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 təyyarəsinin yerləşdirilməsi üçün göstəriş verilib”, - deyə Patrik Rayder qeyd edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur