10.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Harris üçün YENİ SEÇKİ MANEƏSİ: seçicilər Trampın tərəfinə keçə bilərlər

06 avq 2024 20:00
GÜNDƏM
ads

ABŞ-da birjaların çöküşü ABŞ Demokratlar Partiyasının namizədi seçilən vitse-prezident Kamala Harrisin seçki kampaniyasının çöküşünə səbəb olacaq.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Demokratlar Partiyasının üzvü Uilyam Oven birjanın çökməsinin Harris üçün böyük problem olduğunu söyləyib.

Siyasətçi əlavə edib ki, o , cümə və bazar ertəsi ABŞ-ın hazırkı Prezidenti Co Bayden və Harrisə məktub göndərərək, onları ABŞ Federal Ehtiyat Sisteminin əsas uçot dərəcəsini aşağı salmasını tələb etməyə çağırıb. Onun fikrincə, bu, tənəzzül riski səbəbindən seçicilərin Trampın tərəfinə keçməsinin qarşısını almağa kömək edəcək.

Qəzetin yazdığına görə, birjalardakı enişlər amerikalılara Bayden-Harris administrasiyasının inflyasiya ilə mübarizədə üzləşdiyi çətinlikləri xatırladır.

Bundan əvvəl Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris vitse-prezidentliyə namizəd kimi Minnesota qubernatoru Tim Valzı seçib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur