28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Yaponiyada AES-də sızma aşkarlandı

11 yan 2024 03:00
GÜNDƏM
ads

Yaponiyada 1-5 yanvar tarixləri arasında baş verən çoxsaylı zəlzələlərdən sonra “Sika” Atom Elektrik Stansiyasından (AES) dənizə yeni neft sızması aşkar edilib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Atom Elektrik Stansiyasını idarə edən “Tohoku Electric Power” şirkəti stansiyanın yaxınlığında dəniz səthində 100x30 metr ölçüdə neft ləkəsi aşkar edib. Bu təbəqənin zəlzələ zamanı AES-in ikinci blokunda transformatorda baş vermiş sızmanın nəticəsi olduğu təxmin edilir.

Qeyd edilib ki, ölçmələr AES-dən kənarda fon radiasiyasında heç bir dəyişiklik olmadığını aşkar edib.

Yanvarın 7-də də analoji təbəqə aşkarlanıb və birinci təbəqənin 5x10 ölçüdə olduğu bildirilib.

Yanvarın 1-də Noto yarımadasında baş verən zəlzələ zamanı Atom Elektrik Stansiyasında 5 bal gücündə zəlzələ hiss olunub. Zəlzələdən sonra elektrik stansiyasını 3 metr hündürlüyündə sunami vurub. Nəticədə stansiyanın 1-ci və 2-ci blokunda iki transformatorda borular partlayıb, izolyasiya və soyutma işlərində istifadə olunan yağ sızıb.

Şirkət əvvəlcə 3500 litr yağın sızdığını açıqlasa da, sonradan bu rəqəmin 5 dəfə çox, 19800 litr olduğu üzə çıxıb. Açıqlamada bu sızmanın stansiyanın təhlükəsizliyinə təhlükə yaratmadığı və radiasiya fonunun normal səviyyədə olduğu bildirilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur