Sankt-Peterburqda terror aktları planlaşdıran “Rusiya Könüllülər Korpusu”nun dörd üzvü saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təşkilat üzvləri Sankt-Peterburq və Leninqrad vilayətində terror aktları planlaşdırırmış.
İdarənin məlumatına görə, cinayətkarlar xüsusi əməliyyat zonasına humanitar yardım kimi göndərilməli olan qida məhsullarını yüksək dərəcədə zəhərli kimyəvi maddə ilə zəhərləməyi də planlaşdırıblar. “Eyni zamanda saxlanılan şəxslər sonradan terror aktlarının hazırlanması məqsədilə Sankt-Peterburq və Leninqrad vilayətində yerləşən həyat təminatı obyektləri, nəqliyyat və digər mühüm infrastruktur obyektlərində kəşfiyyat işləri aparıblar”, - deyə idarədən əlavə ediblər.
Qeyd edək ki, ötən ilin dekabrın 30-da “Rusiya Könüllülər Korpusu” terror təşkilatları siyahısına əlavə edilib.
Akqabay