31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Hansı xərçəngdən 90% sağalmaq olur?

14 fev 2024 16:00
GÜNDƏM
ads

Prostat xərçəngindən 99% sağalmaq mümkündür, əgər şiş vaxtında aşkar olunarsa.

Publika.az xəbər verir ki, onkoloq Ruslan Basanov müalicəyə tabe olan və ölüm riski az olan xərçəng növündən danışıb.

“Birinci və ikinci mərhələdə bu xərçəng 97% sağalır. Xəstəliyi vaxtında dəqiq müəyyən etmək üçün PSA analizi vacibdir.Hər bir kişi 40 yaşdan sonra bu antigen analizini verməlidir.

Normal miqdarı 4-10 nq-ml olmalıdır.

Əgər yüksək olarsa, əlavə müayinələr aparılmalıdır.

PSA prostat vəzin digər xəstəliklərində də arta bilir.

Atası, əmisi və nəslində bu xəstəlik olan kişilər risk altındadır.

Əsas səbəbləri: infeksiyalar, dərmanların təsiri, az hərəkətlilik, kanserogen faktorlar və s”.

Artıq onkoloji prosesin başlamasının əlamətləri:

- Tez-tez sidiyə getmə
- Sidiyə gedən zaman ağrı, yanma hissi
- Sidiyi saxlaya bilməmək
- Sidik axını zəifdir
- Ereksiya problemləri
- Sidikdə qan
- Qarının aşağısı, qasıqda təzyiq hissi
- Çanağa yayılan ağrı (Medicina.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur