16.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Papadan SÜLHƏ ÇAĞIRIŞ: "Heç kim müqəddəs yerlərdə..."

02 sen 2024 00:00
GÜNDƏM
ads
Advertisement

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd edib.

QÜTB.AZ xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri atəşkəs üçün danışıqları dayandırmamağa çağırıb.

Roma Papası Qəzzada ən qısa zamanda atəşkəsə nail olmağın zəruriliyini bildirib, münaqişənin Fələstinin digər şəhərlərinə yayılma riskindən narahatlığını ifadə edib.

O, girovların azad edilməsinin və müxtəlif xəstəliklərin yayıldığı Qəzzada insanlara yardım etməyin vacibliyini vurğulayıb.

“Müqəddəs torpaqda əmin-amanlıq, Qüdsdə sülh olsun. Qoy müqəddəs şəhər xristianların, yəhudilərin və müsəlmanların hörmət olunduğu və xoş qarşılandığı görüş yeri olsun, heç kim müqəddəs yerlərdə status-kvonu şübhə altına almasın”, - deyə pontifik əlavə edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur