02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Şagird sinif yoldaşının cinsi orqanını kəsib?

05 iyn 2024 14:00
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, 31 may axşam saat 22:00 radələrində Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət kənd nümayəndəsi Ələkbər Quliyev Teleqraf.com-a hadisə ilə bağlı məlumat verib.

O bildirib ki, görə şagirdlər arasında söyüş mübahisəyə səbəb olub:

“Ailələri insidentli ailə deyillər. Məqsəd qorxutmaq olub. Valideynləri və məktəb rəhbərliyi ilə danışdıq. Tərbiyəsiz uşaqlar da deyillər. Orta səviyyəli şagirdlərdir. Sadəcə söyüşü qüruruna sığışdırmayıb. Nəticədə bu hadisə baş verib. Dava beş-altı nəfərin arasında olub. Dava edənlər eyni sinifin şagirdləri deyillər.

Mətbuatda yazılan cinsi orqanın kəsilməsi məlumatı doğru deyil. Elə şey olmayıb. Bu barədə həkim rəyi də var. Bir şagird o birisinə dırnaqtutana bənzər alətlə xəsarət yetirib. Məncə, bu məsələdə məktəb də günahkardır ki, şagirdlər üstlərində belə alət gəzdirilər. Bildiyim qədəri ilə uşaq artıq evə buraxılıb, ciddi xəsarəti olmayıb”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur