Gürcüstanda 851 400 pensiyaçı yaşa görə pensiya alır, onlardan 247 400-ü kişi, 604 mini qadındır.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Məlumata görə, pensiyaçıların əsas hissəsini yaşı 75-dən aşağı olan vətəndaşlar təşkil edir. Gürcüstanda 90 yaşdan yuxarı 12 100 pensiyaçı var ki, onlardan 2900-ü kişi, 9200-ü qadındır.
Pensiyaçıların demək olar ki, dörddə biri Tbilisidə yaşayır. İkinci yerdə İmereti bölgəsi, üçüncü yerdə isə Sameqrelo-Zemo Svanetidir. Pensiyaçıların ən az sayı Quriya, Mtsxeta-Mtianeti və Raça-Leçxumi - Zemo Svaneti bölgələrindədir.
Gürcüstanda qocalığa görə pensiya qadınlara 60, kişilərə isə 65 yaşdan sonra verilir.
2024-cü il yanvarın 1-dən dövlət pensiyasının məbləği yaşdan asılı olaraq 315 və 415 lari təşkil edir.