Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət qurumlarının xarici ani messencerlərdən istifadəsini tənqid edib və informasiya təhlükəsizliyi ilə bağlı zəiflikləri aradan qaldırmaq üçün türk messencerlərinə keçməyə çağırıb.
Publika.az xəbər verir ki, Türkiyə lideri bunu Milli Kəşfiyyat Təşkilatının yaradılmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Smartfonların yayılması ilə dövlət işçiləri tərəfindən xarici ani messencerlərdən istifadə artıb. Təəssüf ki, bu proqramlar vasitəsilə dövlət məmurları adından məlumat, sənəd və qeydlər paylaşılır. Bu vəziyyət informasiya baxımından ciddi zəifliyə səbəb olur.
Gördüyümüz kimi, son zamanlar Avropa ölkələrində "Dövlət qulluqçularının bu tətbiqlərdən istifadəsinə müəyyən səviyyədə müxtəlif məhdudiyyətlər var. Əminəm ki, dövlətimizin bununla bağlı addım atmasının vaxtı çatıb" deyə Türkiyə lider bildirib.
Ərdoğanın sözlərinə görə, dövlət qulluqçularını türk tərtibatçıları tərəfindən yaradılmış proqramlardan istifadə etməyə təşviq etmək lazımdır.
Cəmilə