"Çelsi" klubu 2023/24 Konfrans Liqasında iştirak hüququnu itirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Teleqraf"ın jurnalisti Mett Lu "At Bridge Podcast"da çıxışı zamanı danışıb:
"UEFA-nın maliyyə feyr-pley qaydaları Premyer Liqadan daha sərt olduğundan, qaydaları pozmaq və əlavə diskvalifikasiya riski səbəbindən "Çelsi"nin Konfrans Liqasından imtina etmək ehtimalı yüksəkdir."
UEFA-nın ümumi qaydaları yalnız klublara 2022-2024-cü illər arasında 68,5 milyon funt-sterlinqə qədər itki verməyə icazə verir. "Çelsi"də son iki ildə bu rəqəm 90,1 milyon funt-sterlinq olub.
Qeyd edək ki, "zadəganlar" Premyer Liqada altıncı yeri tutub və Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Heybət