Gürcüstanda eynicinslilərin nikahını, onların övladlığa götürməsini, cinsiyyətinin dəyişdirilməsini və homoseksuallığın təbliğatını qadağan edən hüquqi tənzimləmə parlamentə təqdim edilib.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili parlamentdə keçirdiyi mətbuat konfransında bildirib.
Hakim "Gürcü Arzusu" partiyası parlamentə “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında hüquqi reqlament təqdim edib. Bu qanun layihəsinə görə, homoseksuallara əməliyyat yolu ilə evlənmək, uşaq övladlığa götürmək və şəxsin cinsini dəyişmək icazəsi verilməyəcək.
Eyni zamanda təhsil müəssisələrində LGBT təbliğatı aparılmayacaq, televiziyalarda homoseksuallığı təşviq edən verilişlər və reklamlar yayımlanmayacaq.
Roza