Türkiyənin "Beşiktaş" klubu komandanın yarımmüdafiəçisi Emirhan Dəlibaşla tanışlıq saytında hesabı olduğu üçün onunla müqaviləyə xitam verib.
Publika.az xəbər verir ki, azarkeşlərin qəzəbli mesajlarına görə klub futbolçu ilə yollarını ayırıb. Onlar Emirhanın futbol haqda fikirləşmək əvəzinə qız axtarmasına qəzəbləniblər.
21 yaşlı Dəlibaş "Beşiktaş"ın yetirməsidir, lakin bir vaxtlar "Göztəpə"yə icarəyə verilib. Ümumilikdə, Əmirxan “Beşiktaş”ın heyətində 5 oyun keçirib və bir qol vurub, bir məhsuldar ötürmə edib.
Tansfermarkt internet portalının məlumatına görə, oyunçunun bazar dəyəri 50 min avrodur.