Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov yarımfinalda kosovolu Akil Qyakova ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn H.Heydərov həlledici mərhələyə vəsiqə qazanıb.