Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin Konqresdəki çıxışını ələ salıb.
Publika.az xəbər verir ki, diplomatik idarənin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram"da Amerika liderinin çıxışını “Mezozoy postmodern” adlandırıb.
“Mən Baydenin Konqresdəki çıxışını dinlədim. Bu, bir növ mezozoy postmodernidir. Bayden Putinə üz tutdu və getməyəcəyini söylədi. Və nitqinin sonunda əlavə etdi: "Ağıllı olsaydım, indi gedərdim". Yəni Bayden, öz sözləri ilə desək, ağıllı olmadığı üçün getmir”, - diplomat bildirib.
O, Amerika liderinin qeyd-şərtinə də diqqət çəkib: ABŞ prezidenti çıxışı zamanı ucuz dərman almaq üçün Moskvaya getməyi təklif edib.
Bundan əvvəl Zaxarova ABŞ-ın Rusiyadakı səfiri Lin Treysiyə müraciət etmişdi. Onun sözlərinə görə, səfir Vaşinqtonun Moskvanın daxili işlərinə qarışmaması barədə yalan danışmağı dayandırmalıdır.
Adəm