Tonqa Krallığının sahilində 6 bal gücündə zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 4,3 min nəfərin yaşadığı Neiafu şəhərindən 232 km şimalda yerləşib. Zəlzələnin ocağı 30 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Sunami təhlükəsi elan olunmayıb.