Bu gün gecə saatlarında Zaqatalanın Aşağı Tala kəndi ərazisindəki fərdi evlərdən birində yanğın hadisəsi baş verib.
QÜTB.AZ xəbər verir ki, FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə gecə saatlarında Zaqatalanın Aşağı Tala kənd sakini Mehriban Əhmədovaya məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Görülən təcili tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı vaxtında alınıb.
Yanğın nəticəsində evin mətbəxinin tavan hissəsi və mətbəxdə olan bir sıra əşyalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.