Suriya rejimi ordusu ilə qarşıdurmada olan HTŞ və onu müşayiət edən silahlı qruplar Hələb və İdlibdən sonra Həma istiqamətində irəliləyişlərini davam etdirir.
QÜTB.AZ xəbər verir ki, Suriya Milli Ordusu (SNA) terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatında Tel Rifatın mərkəzini ələ keçirib.
Bütün bu hadisələrin gündəm olduğu bir vaxtda türkiyəli jurnalist İbrahim Haskoloğlunun paylaşdığı görüntülər müzakirə mövzusuna çevrilib.
Suriya türkmənlərindən ibarət qrupların "Mehtər" marşı ilə Tel Rifata girdiyi anlar lentə alınıb. Görüntülərdə döyüşçülərdən birinin əyilib torpağı öpdüyü görülür.
Qeyd edək ki, Türkiyə sərhədinin 18 kilometrliyində yerləşən Tel Rifat 8 ildir YPG/PKK terrorçularının nəzarətindədir.
Roza