29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Şuşaya atılan "İsgəndər-M" raketinin yaradıcısı öldü

25 avq 2024 22:00
GÜNDƏM
ads
Advertisement

“İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq Mamalıqa 91 yaşında vəfat edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə “Rostec” dövlət korporasiyasının “Yüksək Dəqiqlik Kompleksləri” holdinqi məlumat yayıb.

Bildirilib ki, Oleq İvanoviç bütün iş həyatını hazırda holdinqin bir hissəsi olan Kolomna Maşınqayırma Layihə Bürosunda işləməyə həsr edib.

Oleq Mamalıqa “Şmel” və “Malyutka” ATGM-lərinin, “Toçka” taktiki raket kompleksinin və “Oka”, “Oka-U” və “İskəndər-M” əməliyyat-taktiki sistemlərinin hazırlanmasında iştirak edib.

Xatırladaq ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İskəndər-M" raketlərindən istifadə edib.

ANAMA əməkdaşları bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəliblər:

"2021-ci il martın 15-də qurumun əməkdaşları tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib. Raket qalıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45'38.10"N 46°44'33.90"E və 39°45'27.80"N 46°45'25.80"E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların "İskəndər" raket sisteminə aid olduğu müəyyən edilib", - ANAMA-nın yaydığı məlumatda deyilirdi.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur