Dəriyə qulluqda ən vacib məsələlərdən biri qocalma əlamətlərinin qarşısını almaqdır. Dəri yaşlandıqca ortaya çıxan qırışlar, incə xəttlər və tünd ləkələr bir çox insanın ümumi problemlərindəndir. Ancaq təbii yağlarla edilən baxımla dərini cavanlaşdırmaq və qocalma əlamətlərini azaltmaq mümkündür.
Təbii yağlar dəriyə qulluqda təsirli bir alternativdir, hətta botoksdan daha güclü nəticələr verə bilir.
Publika.az botoks effekti verən təbii yağları təqdim edir:
Jojoba yağı: dərinin teksturasını yaxşılaşdırır və dəri baryerini gücləndirərək onu xarici amillərə qarşı daha davamlı edir.
Bundan əlavə, dərinin yağ balansını tənzimləyir, məsamələri açır və sızanaqların əmələ gəlməsinin qarşısını alır. Bu yağ həm də yaşlanma əlamətlərini azaldır.
Üzüm tumu yağı: antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində dəriyə bir çox faydalar təmin edir. Dərini yumşaldır, ona elastiklik verir və tünd ləkələri, qırışları, eləcə də incə xəttləri aradan qaldırır.
İtburnu yağı: tərkibindəki komponentlər sayəsində dərini cavanlaşdırır və qocalma əlamətlərini azaldır. A vitamini, beta-karoten və likopenlə zəngindir. Kollagen istehsalını dəstəkləyir, dərini nəmləndirir və ona canlı görünüş verir.
Şirin badam yağı: müntəzəm istifadə edildikdə qırışları və incə xəttləri azaldır. Dərini günəşin zərərli təsirlərindən qoruyur. Xüsusilə həssas və quru dəri tipləri üçün tövsiyə olunur.
Avokado yağı: dərini cavanlaşdıran təbii yağlar arasındadır. Günəş şüalarının zərərli təsirləri ilə mübarizə aparan avokado yağı dərinin elastikliyini artırır və qocalma əlamətlərini yox edir.
Ləman