15.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Siyasətçilərin xaricdən maliyyə alması qadağan olunur

08 apr 2025 20:00
DÜNYA
ads

Yaxın günlərdə Gürcüstanda “Vətəndaşların siyasi birlikləri haqqında” Qanuna əlavə və dəyişikliklər ediləcək.

 

Qutb.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.

 

O deyib ki, yeni dəyişikliklərə əsasən, partiyaların, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı siyasətçilərin xaricdən maliyyə yardımı alması məsələsi tənzimlənəcək. Onlar müxtəlif tədbirlərin keçirilməsi üçün xaricdən maliyyə yardımı ala bilməyəcəklər: “Siyasətçilər gürcü xalqının maraqlarına uyğun qərarlar verməlidirlər. Xaricdən pul alanda isə onların maliyyə aldıqları ölkələrin maraqlarından çıxış etməsi riski yaranır”.

 

Parlamentin sədri vurğulayıb ki, Gürcüstana qarşı zərərli məqsədləri olan siyasi qruplar var. Ona görə də onların qarşısının alınması zərurəti yaranıb. “Biz seçkilərə, demokratiyaya və xalqın iradəsinin formalaşmasına kənardan hansı müdaxilələrin olduğunu gördük. Təəssüf ki, siyasi partiyaların və seçki kampaniyalarının kənardan maliyyələşdirilməsi adi hala çevrilib. Ona görə də bunun üçün müvafiq qanunu tənzimləmək lazımdır”, - deyə Şalva Papuaşvili bildirib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur