Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüş keçirir.
QÜTB.AZ xəbər verir ki, əsas mövzu Ukrayna qoşunlarının Kursk vilayətinə daxil olmasıdır.
“Kursk qubernatorunun səlahiyyətlərini icra edən şəxslə söhbətim nəticəsində rayon sakinlərinə lazımi köməklik göstərilməsi üçün bir sıra mülki idarələrə tapşırıqlar verilib. Mən də hökumətdən bu məsələ ilə təcili məşğul olmağı xahiş edirəm. Rusiya baş nazirinin birinci müavini Denis Manturovdan xahiş edirəm ki, birinci mərhələdə bu işi koordinasiya etsin”, - Putin görüş zamanı deyib.
Xatırladaq ki, Rusiya Teleqram kanallarının məlumatına görə, yaxın saatlarda Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvləri ilə də görüşü olacaq.
Adəm Abbaslı