Forumlardan birində zibilxanaya atılan “Mercedes-Benz”in qeyri-adi konseptli avtomobilinin fotoları yayımlanıb.
Publika.az xəbər verir ki, söhbət Almaniya şirkətinin multimedia sistemini nümayiş etdirmək üçün yaradılmış “My MBUX” kimi tanınan futuristik prototipdən gedir.
Bu qeyri-adi avtomobil 2020-ci ildə nümayiş etdirilib və potensial sürücünün “Mercedes-Benz S-Class” və EQS üçün MBUX sistemini qiymətləndirməsi üçün hazırlanıb. Konsept açıq şəkildə ictimai yollarda sürmək üçün nəzərdə tutulmayıb. Bu da altındakı kiçik təkərlərdən aydın görünür.
“My MBUX”un zibilxanaya nə vaxt atıldığı məlum deyil.