Aleks Pereyra sosial şəbəkələrdə gündəmə gəlib.
Publika.az xəbər verir ki, 37 yaşlı idmançı xərçənglə mübarizə aparan azarkeşlə görüşüb. Fanatı UFC çempionundan saçını qırxmasını istəyib.
Braziliyalı azarkeşin istəyini yerinə yetirib. Bu vəziyyət döyüşçünü çox sarsıdıb. O, hətta göz yaşlarını belə saxlaya bilməyib.
Azarkeş Pereyraya təşəkkür edib. Daha sonra 37 yaşlı idmançı çempionluq kəmərlərini ona göstərib.