Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi üçün təyin edilmiş xüsusi nümayəndələrin - Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “NEWS.am” portalının müxbiri ilə söhbətində bildirib.
Xatırladaq ki, bu formatda əvvəlki görüş 2 il əvvəl, 2022-ci il iyulun 1-də Vyanada baş tutub.
Tural