Xəbər verdiyimiz kimi, bu gün ən məşhur kriptovalyuta olan "Bitcoin"in məzənnəsi çöküb. Həmçinin ABŞ fond bazarında indekslər kəskin aşağı düşüb.
QÜTB.AZ xəbər verir ki, "S&P 500" indeksi 4,27 faiz, "Dow Jones" indeksi 2,72 faiz, "NASDAQ Composite" isə 6,35 faiz ucuzlaşıb.
Ən böyük ucuzlaşma texnologiya şirkətlərinin qiymətlərində olub: "Tesla" səhmləri 7,67 faiz, "Apple" səhmlərinin qiyməti 5,09 faiz, "Microsoft" 4,52 faiz ucuzlaşıb.
ABŞ fond bazarında azalma avqustun 2-də əmək bazarı statistikasının dərcindən sonra başlayıb.