ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən sonra Qəzzada müharibəyə son qoymağın vaxtının yetişdiyini bildirib.
Publika.az xəbər verir ki, o, hərbi əməliyyatın qurbanları ilə bağlı ciddi narahatlığını ifadə edərək, danışıqları “səmimi və konstruktiv” adlandırıb.
Harris vurğulayıb ki, İsrailin özünü müdafiə etmək hüququ var, amma bunu necə etdiyi önəmlidir. O, son doqquz ayda Qəzzada baş verən münaqişənin sarsıdıcı təsirini qeyd edib və vurğulayıb ki, dünya iztirablara biganə qalmamalıdır.
"Biz özümüzə əzab-əziyyətə alışmağa icazə verə bilmərik və mən də səssiz qalmayacağam" deyə, Haris vurğulayıb.
Qeyd edək ki, Netanyahu ABŞ Konqresində çıxış edib və uzun müddət alqışlanıb.
Cəmilə