Rusiya Turoperatorları Assosiasiyası (ATOR) Rusiya Federasiyasından olan turistlərin Misirdə qaldığını və vaxtında ölkəni tərk edə bilməyəcəyini bildirib .
Publika.az xəbər verir ki, ehtimallara görə, bu, Avropa İttifaqının (Aİ) Türkiyənin "Southwind" aviaşirkətinə üzv dövlətlərin əraziləri üzərindən uçuşlara qadağa tətbiq etməsi ilə bağlıdır.
Məlum olub ki, rusiyalı səyahətçilərin uçmalı olduğu Şarm əl-Şeyxdən “Air Cairo”nun SM903 reysi təxirə salınıb, çünki şirkətin "Southwind"-ə məxsus olduğu iddia edilir.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Türkiyənin “Southwind Airlines” aviaşirkətinə Rusiya ilə əlaqələrə görə Avropa üzərindən uçuşlara qadağa qoyub. Aİ ölkələrinin rəhbərliyi müvafiq bildirişi martın 28-də alıb. Qərar dərhal qüvvəyə minib. İddia olunur ki, 2022-ci ildə yaradılan aviaşirkətə Rusiyanın sanksiya tətbiq etdiyi qurumlar nəzarət edir.
Cəmilə