29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ-ın İrəvana verdiyi gizli sənəd: Ermənistanın gələcəyi Ərdoğandan asılıdır

14 okt 2024 14:00
GÜNDƏM
ads

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsininn (CİA) şefi Uilyam Börnsün Ermənistana gizli səfərindən sonra Paşinyanın xarici siyasət ritorikası və davranışları 180 dərəcə dəyişdi. Biz sənədlərə diqqət etməliyik. Ermənistan hakimiyyətinin xarici siyasəti tamamilə ABŞ Dövlət Departamentinin 2022-ci ilin 4 may tarixində Paşinyana təqdim etdiyi strategiya çərçivəsindədir. Bu sənəd “Ermənistanın inteqrasiya strategiyası” adlanır”.

QÜTB.AZ
xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin keçmiş baş müşaviri Aleksandr Ananev deyib.

Onun sözlərinə görə, 2022-ci ilin yayına qədər Paşinyanın Qərb vektoru gizli idi: “Yadımdadır, Paşinyan forumların birində çıxışı zamanı 20 dəqiqə ərzində 9 dəfə Rusiyaya və Vladimir Putinə təşəkkür etdi. 2022-ci ilin yayından başlayaraq, daha dəqiq desək, CİA şefi Börnsün iyulun 15-də İrəvana gizli səfərindən sonra hər şey açıq müstəviyə keçdi. Həmin görüşdən sonra Paşinyana Ermənistan xarici siyasətini dəyişmək göstərişi verilib. Yəni 2022-ci ilin avqust ayından etibarən Ermənistanın atdığı bütün addımlar ABŞ Dövlət Departamentinin direktivinin icrası olub. Bu direktivin əsas postulatı ondan ibarətdir ki, Ermənistan Rusiyadan uzaqlaşmalıdır, Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı da Türkiyə olmalıdır”, - rusiyalı diplomat iddia edib.

Ananev iddiasını belə davam etdirir ki, ABŞ bölgədə üç əsas oyunçudan ikisini – Rusiya və İranı çıxarmaq, birini – Türkiyəni saxlamaq niyyətindədir: “Rusiya və İran oyundan çıxandan sonra onun yerini ABŞ, yaxud Fransa deyil, məhz Türkiyə tutacaq. Paşinyan bunu bildiyi üçün bütün tədbirlərdə Ərdoğanla danışmağa çalışır”.

Asif

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur