Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin öldüyü iddia olunub.
Publika.az xəbər verir ki, bir müddətdir miyeloid leykemiyadan müalicə olunan Əsma Əsədin ölümü ilə bağlı iddia Bəşər Əsədin lideri olduğu Baas Partiyası tərəfindən rədd edilib.
Partiyanın bəyanatında “əsassız xəbərlərin yayıldığı” qeyd olunub.
Sosial mediada yayımlanan bəyanatda “xəbərlər yalnız etibarlı mənbələrdən alınmalıdır” xəbərdarlığı yer alıb.
Xatırladaq ki, bu ilin mayında 48 yaşlı Əsma Əsədə ağ qan hüceyrələrinin aqressiv xərçəngi olan kəskin miyeloid leykemiya diaqnozu qoyulduğu açıqlanıb. Suriya prezidentinin həyat yoldaşı 5 il əvvəl döş xərçəngi ilə mübarizə aparıb. O, 2019-cu ildə ictimaiyyətə tam sağaldığını elan etmişdi.
Ləman