Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Publika.az xəbər verir ki, bu barədə o, "X" mikrobloqunda yazıb.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Aİ əməkdaşlığı və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələlərini müzakirə ediblər.
"Cənubi Qafqazda sülh, sabitlik və rifahın bərqərar olunması məsələləri Aİ-nin gündəmində əsas yer tutur", - Mişel qeyd edib.
Xatırladaq ki, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında görüş keçirilib.
Hüseyn İbadlı