15.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ermitajın “növbətçi pişikləri”: Onların xüsusi vəzifələri var

15 yan 2025 17:00
GÜNDƏM
ads

Dünyanın ən qədim və 2-ci ən böyük muzeyi olan Ermitaj Rusiyanın Sankt-Peterburq şəhərində yerləşir. Nə qədər qəribə səslənsə də, 3 milyondan çox sənət əsərinə ev sahibliyi edən muzeydə "növbətçi pişiklər" var.

QÜTB.AZ xəbər verir ki, 1764-cü ildə II Yekaterina tərəfindən tikilən bu bina sonradan xalqın istifadəsinə verilib.

Dünyanın ən böyük rəsm kolleksiyasına malik olan muzeyi bir gündə ziyarət etmək mümkün deyil. İlya Repin, Monet, Vinsent van Qoq, Qoya, Leonardo da Vinçi və Karavaccio kimi saysız-hesabsız rəssamların əsərlərinin yer aldığı muzeydə itsəniz, sizi tapmaq günlər çəkə bilər.

Qeyd etdiyimiz kimi, Ermitajda "növbətçi pişiklər" də var. 18-ci əsrdə İmperatriça Yelizaveta Petrovna sarayda siçan probleminin həllini tapmaq üçün pişikləri saraya buraxmağı əmr edib. Bunun üzərinə Kazandan saraya 50-yə yaxın pişik gətirilib. Bu həll həqiqətən işləyib və sarayda siçan problemi sona çatıb. Bu ənənə sonrakı illərdə də davam edib. Ermitajın məşhur pişiklərinin hekayəsi buradan qaynaqlanır.

2007-ci ildə muzey ev axtaran pişikləri qəbul etməyə başladı. Hətta sarayın zirzəmisində yaşayan pişiklər üçün ayrıca katiblik də var. 2015-ci ildə muzey hətta pişikləri sahiblənmək istəyənlər üçün internet saytı da qurub. Muzeyi gəzərkən pişiyə rast gəlmək asan deyil. Çünki muzeyin çıxışını tapmaq dəqiqələr çəkə bilər.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur