19.10.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Qəzzada atəşkəsin pozulması an məsələsidir

19 okt 2025 09:00
DÜNYA
ads
Advertisement

ABŞ Qəzzada sülh razılaşmalarına zəmanətçi dövlətləri atəşkəsin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən pozula biləcəyi barədə xəbərdar edib.

Qutb.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, ABŞ-nin atəşkəsin HƏMAS tərəfindən pozulacağını göstərən etibarlı kəşfiyyat məlumatları var. ABŞ-nin mövqeyinə görə, Fələstin əhalisinə qarşı planlaşdırılmış hücum atəşkəsin birbaşa və ciddi şəkildə pozulmasını təşkil edəcək və əhəmiyyətli irəliləyişə zərbə vuracaq". "Zəmanətçi dövlətlər HƏMAS-dan atəşkəslə bağlı öhdəliklərinə əməl etməyi tələb edirlər", - ABŞ Dövlət Departamentindən bildirilib.

"HƏMAS bu hücumu həyata keçirsə, Qəzza xalqının müdafiəsi və atəşkəsi qorumaq üçün tədbirlər görüləcək", - bəyanatda əlavə edilib. Dövlət Departamenti qeyd edib ki, zəmanətçi dövlətlər mülki əhalinin təhlükəsizliyini təmin etməyə, sakitliyə dəstək verməyə, sülhü qorumağa, Qəzzada və bütün regionda insanlar üçün sülh və firavanlığı təşviq etməyə sadiq olduqlarını bildiriblər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur