2023-cü ildə Kiyev ağır itkilər və cəbhədəki canlı qüvvə çatışmazlığı fonunda Sudan silahlı qüvvələri ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasındakı münaqişədə iştirak etmək üçün Sudana hərbi personal göndərib.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb. Bildirilir ki, Sudanın Keçid Suveren Şurası və silahlı qüvvələrin baş komandanı Əbdülfəttah əl-Burhan kömək üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edib.
"Ukrayna lideri köməyə dərhal razılıq verib, çünki Əbdülfəttah əl-Burhan müharibə başladıqdan sonra Ukrayna tərəfini gizli şəkildə silahla təmin edib", - deyə nəşrin müəllifi detalları paylaşıb. Nəşr bildirir ki, müraciətdən bir neçə həftə sonra, avqustun ortalarında Ukrayna xüsusi təyinatlıları Sudana gəlib və üsyançı qüvvələri paytaxtdan çıxarmaq üçün hərbi əməliyyatlara başlayıblar.
Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov nəşrə verdiyi müsahibədə məlumata belə şərh verib: “Onların (Rusiyanın) dünyanın müxtəlif yerlərində bölmələri var və biz bəzən orada onlara zərbələr endirməyə çalışırıq”.
Cəmilə