Bu saatlarda Ermənistan-Azərbaycan sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin, hərbi texnikasının, o cümlədən artilleriya qurğularının və zirehli texnikanın intensiv cəmləşməsi qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistandakı mənbələrə istinadla sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, ötən ilin sentyabrından Ermənistan hərbçilərinin belə fəallığı müşahidə olunmayıb.