Ölkədə rəsmi olaraq Ermənistanın Avropa İttifaqına daxil olması məsələsi ilə bağlı imzaların toplanmasına başlanılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, sentyabrın 11-də ResQutb.az Mərkəzi Seçki Komissiyası Ermənistanın Aİ-yə daxil olması haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifini təsdiqləyib.
Ölkədə imzaların toplanması 2024-cü il sentyabrın 16-dan noyabrın 14-dək aparılmalıdır. Nəşr bildirir ki, qanun layihəsinin baxılmağa təqdim edilməsi üçün Ermənistan vətəndaşlarının 50 min imzası toplamaq lazımdır.
Əgər bu mümkün olarsa, lakin parlament qanun layihəsini təsdiq etməzsə, o zaman təklifin referenduma çıxarılması üçün təkrar imza toplanması nəzərdə tutulur. Bunun üçün 300 min imza toplamaq lazım gələcək.
Sentyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının rəhbərinin müavini Marqaritis Şinasla görüşdə bildirib ki, Ermənistan və Avropa İttifaqı viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara başlayır.
Hüseyn İbadlı