Bəzi kütləvi informasiya vasitələrində iyunun 16-da Bərdə rayonunun Zümürxan kəndində yaşayan 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmayıb.
Bu barədə Publika.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi yardım göstərilib, müayinələrin aparılması üçün müvafiq nümunələr götürülüb. Baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə müvafiq araşdırmalar aparılıb:
"Araşdırmaların nəticəsinə əsasən, hadisənin qida zəhərlənməsindən baş vermədiyi məlum olub. Həkimlər tərəfindən xəstələrə “Qeyri-infeksion qastroenterit və kolit” diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıb".