Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes avqustun 20-də istefa verəcək.
Publika.az xəbər verir ki, bu barədə “New Jersey Globe” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, senator istefa ərizəsini iyulun 23-də təqdim edəcəyi gözlənilir. Menendes daha əvvəl ABŞ Konqresindəki 30 illik karyerasını bitirmək niyyətində olduğuna dair xəbərləri təkzib etmişdi.