31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

"Əri deyirdi gəl evində qal"

05 iyl 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivində qeydə alınıb. Məlumata görə, 39 yaşlı Anar Bayramov 34 yaşlı həyat yoldaşı Şəbnəm Həsənovaya bir neçə bıçaq zərbəsi vurub.

Qadın qaçmaq istəsə də, əri onu küçənin ortasında yaxalayıb, daha bir neçə bıçaq zərbəsi endirib. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Qonşularının sözlərinə görə, qadın qonşuda qaldığı üçün əri bunu qəbul etməyib:

"Onlar əvvəllər çox mehriban idilər. Aralarındakı söz-söhbətlər son 2 ayın içində baş verdi. Qadın qonşuda qalırdı, əri öz evlərinə gəlməyini istəyirdi, yoldaşı içib onu narahat etdiyinə görə getmirdi. Əri də bunu qəbul etmədi".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Anar Bayramov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur