53 yaşlı məşhur aktyor Halit Ergenç həyat yoldaşı Bergüzar Korelin yeni imicindən danışıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi yeni layihəsi üçün saçlarını sarıya boyatdıran 41 yaşlı xanımının dəyişimini müsbət qarşıladığını deyib.
"Mükəmməl oldu, yaxşı oldu, ürəyim gedir. Bergüzar hər halı ilə qəbulumdur. Saçlarının rəngini layihə üçün etdirdi, o layihə yaxşı alınır, bir az izlədim və çox həyəcanlandım. Məncə, çox bəyəniləcək və gözəl bir iş olacaq", - aktyor bildirib.