Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, onun sözlərinsən TASS sitat gətirib.
"Mən Zaporojyeyə qayıtmağı planlaşdırıram, yaxın 10 gün ərzində orada, həmçinin Kiyevdə və Rusiyada olacağam", - o, BMT Təhlükəsizlik Şurası üçün Zaporojye AES-dəki vəziyyətlə bağlı brifinqdən sonra aydınlıq gətirib .
Qrossi 2023-cü ilin payızında Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.
"Vəziyyət məndən hər iki tərəflə daimi əlaqə saxlamağı tələb edir", - MAQATE rəhbəri izah edib.
Hüseyn İbadlı