Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Türkiyə lideri Vladimir Putini Rusiya Prezidenti seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib və ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb.
Putin isə Ərdoğanı və Türkiyədəki bütün müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.
Telefon söhbəti zamanı bundan sonra da sıx qarşılıqlı fəaliyyət üçün qarşılıqlı istək ifadə olunub. Həmçinin, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən Qara dəniz regionu ilə bağlı məsələlər müzakirə edilib.