Rusiya Federasiyasının Kostroma vilayətinin Buy şəhərində 16 yaşlı oğlan taksi sürücüsünü boynundan bıçaqlayıb. Buna səbəb oğlanın yol pulunu vermək istəməməsi olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.
Hadisə dekabrın 12-də baş verib. 16 yaşlı oğlan taksi pulu tələb edən sürücüyə hücum edib. Hücum edən şəxs bıçaqla kişinin boynuna zərbə endirib və hadisə yerindən qaçıb. Sürücünü xilas etmək mümkün olub.
Bir neçə saat sonra polis hücumda şübhəli bilinən şəxsi saxlayıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.
Yeniyetmə barəsində cinayət işi başlanıb.
Adəm