12.10.24 | Bakı 20.03° C |
10:06:25
Lent :

İşbazların YENİ OYUNU: avtomobili baha satmaq üçün görün nə edirlər

13 iyl 2024 20:00
GÜNDƏM
ads
Advertisement

Bəzi işbazlar uzun müddət istifadə edilən avtomobili rahat satmaq üçün onun yürüşünü geri çəkirlər. Belə hallara ən çox da ABŞ və Koreya bazarından satış məqsədi ilə gətirilən avtomobillərdə rast gəlinir.

Publika.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib onun kilometrajını azaltmaqla satışa çıxarırlar.

Ustalar bildiriblər ki, yürüşün böyük olması avtomobilin çox istifadə edildiyinə və gələcəkdə texniki problemlərin ortaya çıxacağına işarə edir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər yürüşü saxta yolla geri çəkməyə və maşının qiymətini qaldırmağa çalışırlar.

Ustalar hesab edirlər ki, bu cür avtomobillərin yollarda hərəkəti çox təhlükəlidir.

Kilometrajı bort kompüteri ilə məşğul olan elektriklər, kompüter ustaları çəkirlər.

Bəzi ölkələrdə yürüşə müdaxiləyə görə vətəndaş cinayət məsuliyyətinə cəlb oluna bilər.

Hüquqşünas Kamandar Hüseynov qeyd edib ki, bu qanunsuz bir əməldir. Amma ölkəmizdəki mövcud qanunvericilikdə belə faktlar üçün xüsusi müddəalar nəzərdə tutulmayıb.

K.Hüseynov mübarizə üsullarından biri kimi texniki müayinə mərkəzlərinin olmasını təklif edir.

Ətraflı süjetdə:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur