Qərbi Azərbaycandakı Amasiya qəsəbəsinin Ağbaba rayonunda azərbaycanlılara məxsus qəbiristanlıq dağıdılıb.
QÜTB.AZ Axar.az-a istinadla xəbər verir ki, dağıdılmış qəbiristanlığın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, 1995-ci ildə Amasiya rayonu Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə birləşdirilib.
Rayonun azərbaycanlı əhalisi 1988-ci ildə doğma yurdlarından qovulublar.