ABŞ-da qütb soyuqları səbəbiylə 7 nəfərin həyatını itirdiyi bildirilib.
Publika.az xəbər verir ki, Milli Meteorologiya Xidməti ölkənin şimal-şərq ştatlarında külək səbəbindən temperaturun mənfi 34 dərəcəyə enəcəyi ilə bağlı xəbərdarlıq edib. “Associated Press”-in məlumatına görə, ekstremal qış şəraiti səbəbindən Portlenddə 4, Viskonsin ştatında isə 3 evsiz şəxs ölüb.
Ölkə üzrə 1 milyondan çox şagirdin təhsil aldığı məktəblər qış şəraiti ilə əlaqədar bağlanıb. Ölkənin şərq sahillərində 1300-dən çox aviareys ləğv edilib. Oreqon, Texas və Luiziana ştatlarında 120 min evdə və iş yerində elektrik enerjisi kəsilib.
Səlahiyyətlilər gün ərzində yağan qarın buza çevrildiyi üçün vətəndaşlara zərurət olmadıqca evdən çıxmamağı tövsiyə edir.
Roza Şəfiyeva