ABŞ prezidenti Co Bayden NATO sammitinin ilk günündəki çıxışında Rusiyanın işğal cəhdinə qarşı Ukraynaya tarixi dəstək verəcəklərini açıqlayıb.
Publika.az xəbər verir ki, Bayden Vaşinqtonda keçirilən NATO sammitində açılış nitqi ilə çıxış edib. O, bu il 23 müttəfiqinin ümumi daxili məhsulunun (ÜDM) 2 faizini müdafiəyə ayırdığını xatırladıb.
ABŞ prezidenti Rusiyanın Ukraynaya qarşı işğal cəhdinə toxunub və Vladimir Putinin dayanmayacağı bildirib:
“Ancaq bilin ki, Ukrayna xüsusilə bizim birgə dəstəyimiz sayəsində Putini dayandıracaq. Bu gün NATO tarixində heç vaxt olmadığı qədər güclüdür. Bu mənasız müharibə başlayanda Ukrayna azad ölkə idi. Bu gün hələ də azad ölkədir və müharibənin sonunda Ukrayna azad, müstəqil ölkə olaraq qalacaq. Rusiya yox, Ukrayna qalib gələcək".
Bayden Ukraynaya yeni hərbi dəstək paketi təqdim edəcəklərini də açıqlayıb: “Bu gün Ukraynaya hava hücumundan müdafiə üçün tarixi əhəmiyyətli dəstək verəcəyimizi bildirmək istərdim. ABŞ, Almaniya, Niderland, Rumıniya və İtaliya Ukraynaya əlavə 5 strateji hava hücumundan müdafiə sistemi üçün avadanlıq verəcək. Yaxın aylarda ABŞ və tərəfdaşları Ukraynaya onlarla əlavə taktiki hava hücumundan müdafiə sistemi təqdim edəcəklər".
Roza Şəfiyeva