01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Əliyevlə Paşinyan Münhendə görüşəcəkmi?

16 fev 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır.

Publika.az
xəbər verir ki, iki gün davam edəcək konfransda Prezident İlham Əliyevin də iştirakı gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan artıq Münhendədir.

Azərbaycan və Ermənistan liderlərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşünün baş tutub-tutmayacağı əsas məsələlərdəndir. Rəsmi Bakı və rəsmi İrəvanın belə bir görüşlə bağlı heç bir məlumatı yoxdur. Lakin danışıqların Avropa platformasına köçürülməsində maraqlı olan Qərb Münhen konfransını fürsət olaraq istifadə edə bilər. Bu baxımdan, liderlərin ən azı “ayaqüstü söhbət” formatında danışması istisna edilməməlidir. MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən sammiti çərçivəsində də belə bir söhbət baş tutmuşdu. Qərb də eyni formatdan istifadə edə bilər.

Qeyd edək ki, Münhün Təhlükəsizlik Konfransı Əliyevlə Paşinyanın məşhur debatı ilə də yadda qalıb. 44 günlük müharibədən öncə - 2020-ci ilin fevralında Münhendə təşkil edilən debat Əliyevin açıq üstünlüyü və Paşinyanın məşhur “kokeyşn büro” söhbəti ilə xatırlanır.

Asif



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur