Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ təxminən bir ildən sonra Ukrayna lideri Vladimir Zelenskidən qurtulacaq.
Publika.az xəbər verir ki, Putin bu barədə dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib. Putin vurğulayıb ki, Zelenski onların bir sıra tələblərini yerinə yetirəcək və gedəcək.
Birincisi, dövlət başçısının sözlərinə görə, Kiyev səfərbərlik yaşını 18-ə endirməyə məcbur olacaq.
“Onda Zelenskidən qurtulacaqlar. Ancaq bütün bunlar ilk növbədə edilməlidir, çünki bu, asan proses deyil. Qanun qəbul olunmalı, müəyyən addımlar atılmalıdır. İndi 2024-cü ilin iyun ayındayıq. Bütün bunları etmək üçün mənə elə gəlir ki, bir il lazımdır. Bahara qədər, ən azı gələn ilin əvvəlinə qədər ona dözəcəklər və hər şeyi etdikdən sonra "Əlvida" deyəcəklər”, - Putin deyib.
Rusiya lideri ABŞ və Ukrayna arasındakı münasibətlərdən də danışıb və bildirib ki, ABŞ yalnız öz böyüklüyündə maraqlıdır və Kiyevin taleyi ilə maraqlanmır. Onun sözlərinə görə, ABŞ heç bir halda Rusiyanın hər hansı uğura nail olmasını istəmir, çünki Amerika rəhbərliyinin imici zədələnəcək.
Putin bildirib ki, Vaşinqton Ukraynada hakimiyyətin konstitusiyaya zidd yollarla ələ keçirilməsinə təhrik edib. O əlavə edib ki, Ukraynadakı münaqişəyə doğru ilk addımı 2014-cü ildə çevrilişi təşviq edənlər atıb və bunda Moskvanın günahı yoxdur.
Tural