04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bu dərmanlardan uzaq durun - Ölüm riskini artırır

01 iyl 2024 08:00
GÜNDƏM
ads

ABŞ-da aparılan son tədqiqatlar multivitamin əlavələrinin ömrü uzatmadığını, hətta bunlardan istifadə edənlərin ölüm riskinin daha yüksək olduğunu ortaya çıxarıb.

Publika.az xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçılarının apardıqları araşdırma belə deməyə əsas verir.

Tədqiqatçılar 390 min 124 yetkin insanın məlumatlarını araşdırıb. Onlar multivitaminlərin erkən ölüm riskini azaltdığına dair heç bir dəlil tapmayıb. Lakin bu cür əlavələr qəbul edən insanların ölüm riskinin 4 faiz daha yüksək olduğunu qeyd ediblər.

Mütəxəssislər buna ehtiyacı olan insanların vitamin əlavələrini ayrıca qəbul etmələrinin zərərli olmadığını bildirirlər. Məsələn, dəmir və ya B vitamini çatışmazlığından əziyyət çəkən insanların onları əlavə olaraq qəbul etmələri normaldır.

Qeyd edək ki, araşdırma “JAMA Network Open” jurnalında dərc olunub.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur