Aprelin 25-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Publika.az xəbər verir ki, hər iki görüşdə Xəzər Babazadəyə qalib gələn Vüqar Rəsulov bürünc medal qazanıb.
Çempionluğun taleyi Aydın Süleymanlı və Məhəmməd Muradlı arasında baş tutan finalda həll olunub. İlk partiya heç-heçə başa çatıb. Bu gün keçirilən cavab oyununda Aydın Süleymanlı qələbə qazanıb. Ümumi hesabda 1,5-0,5 hesabı ilə üstün olan A.Süleymanlı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.